Turan Özbahçeci, 1994-cü ildə mini marketlə başlayan ticarət həyatını 1999-cu il 14 avqust tarixində Arnavutköydə “Ardaş” adlı ilk supermarketin açılması ilə davam etdirmişdir. Büyükçekmeceyi mərkəz alaraq Trakya istiqamətində sürətlə böyüyən “Ardaş”, ağıllı yer seçimi, sərmayə, infrastruktura və təhsilə verdiyi əhəmiyyət sayəsində qısa müddətdə pərakəndə sektorunun parlaq bir gələcəyi olan və nümunə kimi göstərilən şəbəkələrindən biri olmağı bacarmışdır.
Turan Özbahçeci, İdarə Heyətinin sədri olaraq sektorun bir çox yeniliyini “Ardaş” daxilində inkişaf etdirmişdir. Şirkətlərin rəqabətin sıx olduğu bazarlarda mövcud müştəriləri qorumağın yeni müştəri qazanmaq qədər vacib olduğunu başa düşdüyü bir dövrdə müştəri əlaqələrini idarəetmə təcrübələri başladılmış, müştərilərə daha yaxşı xidmət göstərilmiş, marketinq, satış və şirkətin çalışma effektivliyi yüksək səviyyədə artmışdır.
Əlavə olaraq, inflyasiya səviyyəsinin tək rəqəmli ədədlərə enməsi səbəbindən anbar idarəçiliyinin əhəmiyyətinin artdığı dövrdə, bütün logistika müasir bir rəf sistemi ilə Trakya mərkəzindəki 1600 kvadrat metrlik bir qapalı ərazidə təşkil edilmişdir. Bütün məhsulların anbarda işləyən bütün nəqliyyat vasitələrində və forkliftlərdə sürətli və nəzarətli şəkildə qablaşdırılması,paylanması təmin edilmiş və bu strategiya sayəsində filiallarda əlavə saxlama və əlavə əməliyyatın qarşısı alınmışdır. Ayrıca yeni bir tətbiq olaraq anbarda stokda saxlanılması lazım olmayan məhsullar həftəlik qablaşdırma sistemi adı altında anbarda ayrılaraq aidiyyəti olan filiallara göndərilməyə başlamışdır. Bu sistemin imkan verdiyi logistik dəstək həm də xidmət keyfiyyətinin aşağı düşməməsini və ən əsası, müştəri məmnuniyyətini təmin etmişdir.