Tərəfdaşlarımıza bizneslərini sıfırdan yaratmağı, mövcud bizneslərində olan problemləri aradan qaldırmağı, risklərini minimuma endirməyi və rentabelliyin artırılması istiqamətlərində xidmətlərimizi təklif edirik.
Maraqlı ideyaları olub investisiyası olmayan şəxslərə layihələrini reallaşdırmaqda dəstək oluruq.
Ətraflı"Üşenme, erteleme, vazgeçme"
Təsisçi Biznesmen - Turan Özbahceci
Zamana qarşı təsirli qərarlar almaq və çətinlikləri məğlub etmək bizim işimizdir.
Daim yeniliklərə açıq olub uğura doğru addımlamaq bizim əsas məqsədimizdir.
Zamana nəzarət edərək daim yaradıcı olmaq bizim uğurumuzun səbəbidir.
Hər bir layihənin swot təhlilini apararaq, güclü və zəif tərəflərini, imkanlarını və təhlükələrini aydınlaşdırır və buna uyğun biznes planını qururuq.
Rəqibləri geridə qoyacaq və hər bir layihəni maksimum gəlirlilik səviyyəsinə çatdıracaq yenilikləri tətbiq edirik.
Mümkünsüz dediyiniz layihələri ən qısa zamanda və ən optimal şərtlərlə reallığa çevirib uğur hekayənizi yazmaqda sizə dəstək oluruq.
Uğura imza atmış Port Baku Bazar layihəsi Azərbaycanın ilk və tək VİP mağazasıdır ki, açılışı Turan Özbahceci tərəfindən reallaşdırılmışdır.
Bu faktdır ki, bizim biznesimiz durmadan-dayanmadan irəliləyir. Bununla belə müxtəlif seminarlar , summitlər keçirilir ki , daha ətraflı aşağıda tanış ola bilərsiniz.
Toplantılarla Şirkət Effektivliyini necə artırmaq olar?
Yaşadığınız ərazidə öz işinizlə məşğul olun!
Öz azadlığınız üçün övladınıza indi investisiya qoyun!
Məhsulun inkişafının və qloballaşmanın kritik nöqtələri
"Compliment" şokolad markası necə yarandı?
Ən çox verilən suallarınıza cavab vermişəm!
Məhsulun qiymətləndirmənin strategiyası nədir?
Sosial Mediadan Biznesiniz, Şirkətiniz və ya Həyatınız üçün Necə istifadə edə bilərsiniz?
Ağıllı işləməklə həyatda nə qazanmısan?
Consulting Şirkətinizi Necə Zirvəyə Aparır?
Yeni biznes modelini necə qura bilərik?
Atdığınız daş sizi doğru hədəfə götürərmi?
Varlı və müvəffəqiyyətli olmaq üçün hansı yolları izləməliyik?
Müştərilərin və işçilərin balansını və məmnuniyyətini necə təmin etmək lazımdır?
Uğur qazanmaq üçün hansı kriteriyalar var?
Biznes üçün reklam nə dərəcədə vacibdir?
Komfortlu olmaq sənin həyatında hansı problemlər yaradır?
Zamanın kreativlik tələblərinə nece uyğunlaşırsınız?
Oturacaq sadəcə aksesuardır, sən əsl gücsən!
Həyatın sıfır nöqtəsində ediləsi lazım olan şeylər
Həkim Maya xanımın orqanik yağ istehsalı hekayəsi
Niyə sizin layihələriniz üçün ən yaxşı bazar Özbəkistandır?
Estetik Lab nə üçün bu qədər uğurludur?
Yeni həyatınız üçün bir başlanğıc tarixiniz varmı?
Əlavə işinizi addım-addım necə planlaşdırırsınız?
İşçilərinizlə münasibətlərinizi nəzərdən keçirməyi məsləhət görürəm.
Pulunuzun nə qədərini saxlaya bilərsiniz?
Özünüzü nə qədər təkmilləşdirə bildiniz?
Əgər bir layihə üçün kifayət qədər pulunuz yoxdursa və ya doğru vaxt deyilsə, ən asan yol françayzinq yolu ilə biznes sahibi olmaqdır. Bu üsulu sınaqdan keçirməklə siz bir çox dünyaca məşhur brendlərin yerli biznes tərəfdaşı ola bilərsiniz.
Özbahçeci ilə Azərbaycanlı İş Adamının 10 İllik Uşaq Bezi İstehsalı Xəyalını Gerçəkləşdi!
Böyük düşün! Böyük xəyal qur və hərəkətə keç!
Gözləmək və ya hərəkətə keçmək? Həyatınızın seçimindən asılıdır!
Layihə haqqlarını oğurlaya bilərlər!
Türkiyə inflyasiyaya necə qalib gələr?
Həyatınızdaki insanları necə mövqeləndirirsiniz?
Qorxmadan səni tənqid etməyi bilirlərmi?
"Layihəniz hazırdır?" "Hərəkətə keç!" "Bizə Yaz!"
Niyə Mobile App Yaradılmalı ? Əziz dostlarımız. Bu videomuzda - Telefon üzərindən edə biləcəyiniz yeni proqramlar və bu proqramlarla əlaqəli edə biləcəyiniz təşəbbüslər haqqında paylaşdıq. Xoş izləmələr
“Bizim Market” və “Novas Home” fəaliyyətlərini “Bolmart”, “Grandmart” və “Megastore” ilə davam etdirəcəklər
Xoşbəxt olmağın ən yaxşı yolu yaxşılıq etməkdir.
Müştəri Xidmətində Problemlər Nələrdir?
İNSAN RESURSLARI şirkəti necə inkişaf etdirir və ya məhv edir?
BİZNESİN UĞURLU VƏ YA UĞURSUZ OLMASI NƏDƏNDİR?
İşləmədiyiniz zaman necə pul qazana bilərsiniz?
MEGASTORE SUPERMARKET 5000 kv.m.-lik FİLİALLA QUBADA
Şirkətləri və işçilərini uğura aparacaq ünsiyyət bacarıqları.
Kiçik vəsait ilə hansı böyük bizneslər qurula bilər?
Həyatınızı necə yaşayacağınızı hələ planlaşdırmamısınız?
Turan bəyin ARB24 kanalına müsahibəsi. Mövzu: Xarici investorlar
Azərbaycana investisiya yatırmağın üstünlükləri nələrdir?
Siz problemə diqqət yetirirsiniz,yoxsa həll yoluna?
Global Members Club tərəfindən təşkil edilən Networking toplantısı
Rusiya və Ukrayna arasında yaşanan gərginlik Azərbaycan və Türkiyə iqtisadiyyatına necə yansıyacaq?
Qısa müddətdə Azərbaycanın ilk supermarketlər şəbəkəsini necə yaratdıq?
Turan Özbahçeci İmran Bağırovun təqdimatında "LTC Digital Mornings" seminarının qonağı oldu.
Turan Özbahçecinin 14.03.2022 tarixində ARB24 kanalı, İşgüzar səhər verilişinə müsahibəsi.
Qətər Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022
Pul qazanmaq vacibdir, yoxsa düzgün investisiya etmək?
"Ezberbozan" youtube kanalında ilk videomuz paylaşıldı.
Şahdağda mağaza müdür köməkçiləri ilə keçirdiyimiz möhtəşəm tədbirimiz.
Fevralın 5-də gələcəyimiz olan gənclərlə möhtəşəm konfrans. Gələcək üçün yeni layihələr müzakirə olundu.
Möhtəşəm "Yeni il" tədbirimizdən görüntülər.
Ən böyük lahiyəmiz olan Retoken, biznes dünyasına yeniliklər gətirir
2021-ci ildə Bolmart,Grandmart,Megastore və Baqqal supermarketlərində əldə etdiyimiz naaliyyətləri sizlərə təqdim edirik.
Turan Özbahçecidən gənclərə tövsiyyələr.
Turan Özbahçeci Xanpəri Nur təqdimatında "13 Sual" youtube verilişinin qonağı oldu.
Turan Özbahçecinin Arb24 kanalına müsahibəsi
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakının Qaradağ rayonunda yerləşən uşaq bezi və kağız məhsulları istehsalı müəssisəsi olan Rafa Groupuna infotur təşkil olunub. Tədbirdə İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların, Dövlət Məşğulluq Agentliyinin, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin, Ticarət Şəbəkələri Assosiasiyasının və iri ticarət şəbəkələrinin nümayəndələri iştirak ediblər. Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş infoturun məqsədi müəssisənin fəaliyyəti və istehsal etdiyi məhsullar barədə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarını və yerli təchizatçıları məlumatlandırmaq, satış şəbəkələrinə çıxışa dəstək məqsədilə müəssisə və təchizatçıları əlaqələndirmək, müvafiq təşkilatlar və müəssisə arasında əməkdaşlığın genişləndirilməsidir. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, Ticarət Şəbəkələri Assosiasiyasının sədri Samir Abdullayev, “Rafa Group” MMC-nin təsisçisi Turan Özbahceci və digər şəxslərin iştirak etdiyi tədbirdə iştirakçılar istehsal prosesi ilə tanış olublar. Məlumat verilib ki, “Rafa Group” MMC və Azərbaycan Sənaye Korporasiyasının birgə fəaliyyəti ilə dövlət-özəl tərəfdaşlığı əsasında yaradılmış müəssisədə uşaq bezi və kağız məhsulları istehsal olunur. 2021-ci ildə fəaliyyətə başlamış müəssisədə “Mini Boss” uşaq bezi, “La luna” salfetləri və digər kağız məhsulları istehsal olunur. Müəssisənin məhsulları bir sıra Mərkəzi Asiya və Avropa ölkələrinə ixrac edilir. Müəssisədə 40 nəfər daimi işlə təmin edilib.
Növbəti Bolmart fillialımız artıq Zirədə.
Ən çox verilən suallardan biri: Necə pul qazana bilərəm? Nəyə yatırım edə bilərəm?
“IM-EX Trading” şirkəti Azərbaycan məhsullarını Qətərə ixrac etməyə başlayıb.Bu gündən etibarən Şəmkir istehsalı olan Azərbaycan pomidorları Qətərin əsas supermarket şəbəkələrində satışa çıxarılıb.“IM-EX Trading” şirkətinin rəhbəri Turan Özbahçeci Oxu.Az-a bildirib ki, dövlətlərarası ticarət əlaqələrinin güclənməsində önəm daşıyan bu layihə çərçivəsində yaxın zamanda meyvə-tərəvəz ixracı ilə yanaşı Azərbaycan istehsalı quru qidaların da Qətər supermarketlərində satışının reallaşması planlaşdırılır:“Biz “IM-EX Trading” şirkəti olaraq Qətərdə çox ciddi çalışmalar aparırıq. Artıq şirkətimizin Qətərdə çalışan əməkdaşları iş başındadır. Qətərdəki bütün supermarketlərdə işlərə başlamışıq. Supermarketlərdəki məhsulları araşdırdıq. Azərbaycanda istehsal edilən bütün məhsullarla bağlı işlər tam gücü ilə davam edir. Araşdırmalar nəticəsində nümunələr hazırlanır və bunlar da hazırda Qətərə çatdırılır. Məqsədimiz Azərbaycan istehsalı olan bütün məhsulların supermarket rəflərində öz yerini almasıdır. Biz ən böyük supermarketlərin sahibləri ilə üç aya yaxın görüşmələr apardıq. Yaxın zamanda orada “showroom” da olacaq. Beləliklə, biz Azərbaycanda istehsal edilən bütün məhsulların Qətərdəki supermarketlərdə satışa çıxarılmasını təmin edəcəyik. Xüsusilə də kənd təsərrüfatı məhsulları bizim üçün önəmli sahədir. Hazırda ölkədə 20-ə yaxın əməkdaşımız kənd təsərrüfatı sahəsində çalışan fermerlər və istehsalçılarla görüşür. Pomidor bizim ilk məhsulumuzdur. Növbəti dövrdə digər məhsulların da ixracı üçün işlər aparırıq. Yaxın zamanda meyvə-tərəvəz olmaqla, bütün məhsulların ən yaxşı şəkildə Qətərə ixracını həyata keçirəcəyik”.Bu gün dünyanın hər yerindən Qətərə məhsul ixrac edildiyini qeyd edən sahibkar Azərbaycan məhsullarının keyfiyyətinin yüksək səviyyədə olduğunu vurğulayıb:“Qətərdə market rəflərində bir çox ölkənin bayrağı altında satılan məhsulları görürük. Qısa zaman sonra böyük həcmdə Azərbaycan markalı məhsullarını da burada görə biləcəyimizə ümid edirik. Dünən göndərdiyimiz ilk pomidorla yüklənmiş TIR-ımız Qətərə çatdı. Biz buna davam edəcəyik. Azərbaycan ilə Qətər arasında böyük həcmdə məhsul dövriyyəsi gözləyirik.Prezident İlham Əliyevin Azərbaycanın ixrac potensialının stimullaşdırılması barədə verdiyi göstərişlər bu sahədə ciddi irəliləyişə səbəb oldu. Belə ki, Qətər Səfirliyi, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ixrac məsələsində çox ciddi dəstək göstərdi. Biz istəyirik ki, “IM-EX Trading” olaraq Qətərdə daha böyük işlər görək. Bilirik ki, Azərbaycanın gələcəyi ixracatdadır. Qeyri-neft sahəsində edəcəyimiz bütün ixracat layihələri bizim üçün vacibdir. Biz bütün supermaketlərdə və bazarda məhsullarımızı layiq olduğu yerdə ən yaxşı qiymətlərlə sərgiləyəcəyik. Biz keyfiyyətli məhsul ilə “Made in Azerbaijan”ı orada markalaşdıracağıq”.Turan Özbahçecinin sözlərinə görə, uzun müddətdir ki, Azərbaycan ətinin ixracı ilə bağlı da işlər aparılır:“Azərbaycan ətinin dadı, keyfiyyəti, ləzzəti mükəmməldir. Hazırda bizim ətin ixracı ilə bağlı da layihəmiz var. Yaxında biz bütün Azərbaycanda istehsal edilən ətin Qətərə ixracını təşkil edəcəyik. Orada həm ət kəsimi məntəqələrində, həm də bütün restoranlarda və hotellərdə Azərbaycan ətinin istehlak edilməsi üçün işlər görürük”.
Turan Özbahçeci layihəsi olan “IMEX Trading” şirkətinin vasitəçiliyi ilə növbəti dəfə Azərbaycan məhsulları Qazaxıstana ixrac edilməyə başlayıb.Belə ki “ABAD” publik hüquqi şəxs tərəfindən dəstək alan sahibkarların istehsal etdiyi təbii qida məhsulları məhz “IMEX Trading” vasitəsi ilə reallaşdırılıb. İlk öncə məhsullar Qazaxıstanın Aktau şəhərində “Grandmart” supermarketlər şəbəkəsinin cari ilin aprel ayında açılmış filialında təqdim olunmağa başlayıb.Aktauda fəaliyyət göstərən yeni filialda “ABAD”dan dəstək alan sahibkarların hazırladığı müxtəlif mürəbbələr - badımcan, qarpız, heyva, qoz, zoğal mürəbbələri, badımcan kürüsü, tərəvəz konservləri, küncüt yağı və kokos unu, “Xəmsə” çayları, “Narlı” sousları, qarabaşaq və düyü unları kimi məhsullar təqdim olunur. Yaxın zamanda digər “ABAD”çı-sahibkarların da məhsullarının məhz “IMEX Trading” şirkəti tərəfindən ixracı gözlənilir.Qeyd edək ki, “IMEX Trading” şirkəti 2020-ci ildə “Özbahçeci” tərəfindən yaradılıb və yerli məhsulları Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı və həmçinin xarici məhsullarında Azərbaycana idxalı ilə məşğuldur.
Dördəmlərin bez ehtiyacının qarşılanmasını öz üzərinə götürən "Mini Boss" artıq onların yanlarındadır.
Biznes məsləhətçisi Turan Özbahceci ilə müsahibədən
Ölkəmizdə ən çox inkişafa ehtiyac olan sahələrdən biri supermarketlərdə olan xidmət keyfiyyətidir. Elə bu amili nəzərə alaraq, Azərbaycanın pərakəndə sektorunda üstün xidmət keyfiyyətinə görə xüsusi fərqlənən və geniş müştəri kütləsinə malik Megastore marketlər şəbəkəsi yenidən müştərilərə nümunəvi xidməti ilə geri qayıdır. Xidməti heyətin müştərilərlə xoş rəftarı və yüksək standartlardan xəbər verən xidmət səviyyəsi Megastore marketi müştərilər üçün əvəzolunmaz edən əsas xüsusiyyətdir.6 avqust tarixində Bakıxanov, Muxtar Fətəliyev küçəsi 1001 (Park Plyus 1-ci mərtəbə) ünvanında 1700 kvm-lik market ilə açılışı olan Megastore xidmətinin daha üstün formasını yaradaraq, 20 000 çeşidə yaxın mal növü ilə müştərilərə keyfiyyətli innovativ məhsullar təklif edir.Marketin açılışı ilə əlaqədar 40 gün ərzində xüsusi güzəştli məhsullar təqdim olunacaq ki, müştərilər həm sərfəli qiymətə məhsul əldə edəcək həm də hər zaman peşəkar xidmətlə qarşılanacaqdır. Megastore marketin açılışı Grandmart və Bolmart marketlərinin rəhbərləri Turan Özbahceci və Eşqin İsmayıllı tərəfindən həyata keçirilib. Marketin yenidən fəaliyyətə açılmasında əsas məqsəd yüksək səviyyəli xidmət standartlarının və müştəri məmnuniyyətinin təmin edilməsi ilə geniş alıcı kütlələrinə xitab etməkdir.
"Rusiya - İslam dünyası: KazanSummit" Rusiya Federasiyasının və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) aparıcı beynəlxalq iqtisadi tədbirlərindən biridir. Zirvə yarandığı ilk gündən Tatarıstan Respublikasının Prezidenti - Rüstəm Minnixanovun himayəsi altında keçirilir. 2009-cu ildən bəri Summit hər il keçirilir və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası və Tatarıstan Respublikası Hökuməti tərəfindən dəstəklənir. Ən yaxşı beynəlxalq investisiya konfransı Rusiya Federasiyası ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında əsas və misilsiz əməkdaşlıq platforması olaraq qalır.28.07.2021 tarixində keçirilən Tədbirə Özbahçeci imzası altında İmex Trading şirkəti də qatıldı. Sərgidə Azərbaycan məhsulları təqdim olundu.
Hazırda 28 supermarket mağazası ilə fəaliyyət göstərən «Bolmart» supermarket şəbəkəsi Özbahçeci imzası altında böyüməyə və marka dəyərini artırmağa davam edir. Artıq sayca 29-ci mağazamızı da açmağa sayılı günlər qaldı
Hamımızın çox yaxşı tanıdığımız Gloria Jean coffe house şəbəkəsini Özbahceci şirkətlər qrupumuza əlavə etdik. Rusiyada müstəsna distribyutor olaraq françayzinq verməkdə maraqlıyıq.
Azərbaycan brendi olan Mini Boss artiq Özbəkistan bazarına yola çıxdı. Azərbaycan hüdudlarından kənarda belə tanınan Mini Boss böyüməyə davam edir...
200-dən çox əməkdaşla Korporativ Gəzinti
Tezliklə un məmulatları sektorunda premium marka olaraq xidmətə başlayacaq "Baylee" markası!
Bir müddətdir üzərində çalışdığımız uşaq bezi markası -Mini Boss- artıq satışa təqdim edilməkdədir.
9 aprel, 2021-ci il tarixində Grandmart Aktau filialının açılışı gerçəkləşdi.
2 Sentyabr 2020-ci il tarixində Özbahçeci şirkətinin təşkilatçılığı ilə təcrübəçilərə təlim keçirilmişdir
23 İyul 2020-ci il tarixində Hoffman Co şirkətinin təşkilatçılığı ilə maraqlı vebinar keçirilmişdir.
Summitin ümumi mövzuları: İş həyatı, Karyera , Təşəbbüskarlıq
Pərakəndə sənayesində ən böyük innovasiya festivalı