Turan
Özbahceci 1970-ci il 28 mart tarixində Şanlıurfa şəhərinin Siverek bölgəsində doğulmuşdur.
O, Siverek peşə məktəbini bitirdikdən sonra ali təhsilini On Dokuz Mayıs
Universitetində Fizika fakültəsi və Yıldız Teknik Universitetində Elektrik mühəndisliyi
üzrə bitirmişdir.
Ticarət həyatına
1990-cı ilin yazında İstanbulda Kumburqazda 18 kvm-lik mini marketlə başlamış və
3 il burada market işlətməklə yanaşı digər kiçik işlərlə də məşğul olmuş, həm də
təhsilini davam etdirmişdir. 1994-cü ildə Ardaş Limited şirkətini yaratmış, bu
şirkət onun illərlə davam edən ticarət həyatında baza rolunu oynamışdır. Həmçinin
pərakəndə ticarətlə yanaşı topdan satış mağazalarını da açır. 1994-cü ildə mini
marketlə başlayan bu ticarət həyatı 1999-cu il 14 avqust tarixində Arnavutköydə
Ardaş adlı ilk supermarketin açılması ilə davam edir. Keyfiyyətli məhsulları,
geniş çeşidləri ilə bütün gəlir təbəqələrindən olan insanları nəzərə alaraq,
apardığı qiymət strategiyası ilə 2001-ci ildə Büyükçekmece, 2002-ci ildə
Tekirdağ şöbələrini və Lüleburqazdakı ikinci şöbəsini açdı. 2012-ci ilə qədər
52 supermarket açmışdı və Trakya bölgəsinin 1 nömrəli market zənciri olaraq hədəfinə
çatmışdı.
2008-ci ildən
2012-ci ilə qədər Saff və Neffis markaları ilə yüzlərlə məhsulun
çıxarılmasını, Çaykur, Tmo, Trakya kimi
böyük şirkətlərlə böyük layihələrin həyata keçirilməsinə nail olmuşdur.
2008-ci ilə
qədər yalnız market işi ilə məşğul olmuş, bu ildən sonra isə digər sahələrə də
yönəlmişdir. Lcd ekranlı, kameralı traxtor işində-Çinin ən yaxşı şirkəti ilə iş
ortaqlığı, Bolqarıstanda kağız fabriki ilə iş ortaqlığı, mehmanxana, meyvə-tərəvəz
kompleksi, alışveriş.com adlı internet saytı kimi 9 fərqli sahəyə yönəlmişdir.
2012-ci ildə
mehmanxana, inşaat, supermarketlər şəbəkəsi, qız yurdu və daha bir neçə sahəni
özündə birləşdirən ARN Holdingin İdarə Heyətinin Sədri olaraq supermarketlər şəbəkəsini
satmağa qərar verir və 19 marketinin Ingiltərənin ən güclü pərakəndə qrupu olan
Tesco-Kipaya satışını həyata keçirir. Qalan mağazalarını yerli zəncirlərə təhvil
verir.
Bugün
hamımızın yaxşı tanıdığı Araz (Ardaş
Azərbaycan) supermarketlər şəbəkəsinin
2011-ci ilin may ayında ilk Azadlıq filialını, iyun ayında Qaraçuxur filialını,
iyul ayında Neftçilər filialını, daha sonra Olimpik Star və Elmlər filialını
açaraq həm o şirkətin təsisçisi, həm də Ceo-su olaraq fəaliyyət göstərmişdir. 2012-ci
ildə 2 mağaza, 2013-cü ildə 14 mağaza açılışını reallaşdırır, burada daimi
alıcı kütləsini formalaşdırmaq üçün Araz müştəri kartını yaradır.
2014-cü ildə
4 Mağaza ilə təhvil aldığı Rahat Maketlər Şəbəkəsini 2 ilə qədər qısa bir vaxt
içərisində 28 Supermarketə çatdırdı.
2014-2015-ci illərdə Rahat Spermarketlər şəbəkəsi ilə yanaşı Neptun supermarketində də Ceo olaraq çalışmışdır. Burada aşağıdakı işləri görmüşdür:
- Zəncirin mərkəzi
quruluşunun qurulması, təşkilati və alt quruluşunun yaradılması;
- Tək mərkəzdən
idarə olunan Logistik sistemin yaradılması;
- Əlaqədar digər
şöbələrin (insan resurslar, audit və s.) yaradılması;
- Bütün vahidlərin
proqramsal alt quruluş ilə təqibinin aparılması;
- Bazar analizi və
gələcəyə istiqamətli plan və proqramların hazırlanması.
Eyni
zamanda 2 rəqib şirkətin Ceo-su vəzifəsində çalışsa da hər bir şirkətə uyğun
strategiya quraraq 2 şirkətlə də böyük uğurlara imza atdı.
Digər böyük
layihələrindən biri isə Azərbaycanın ilk və tək VİP mağazası olan Port Baku
Bazar layihəsidir. Port Baku Mallda bir ildən çox müddətə bağlı qalmasına və
bir çox problemlərinin olmasına baxmayaraq, 3 ay kimi qısa müddətdə 40 ölkədən
fərqli və geniş çeşiddə, keyfiyyətli məhsullar gətirilməsinə nail olaraq, 2015-ci
il sentyabrın 18-də Port Baku Bazarın açılışını reallaşdırmışdır.
2015-ci ildə
12 şirkətin bir mərkəzdən idarə olunması üçün mərkəzi Dubayda Yerləşən TAAC
DMCC şirkətinin qurucu ortağı olmuşdur.
Bu gün
hamımızın yaxşı tanıdığı və daim alış-veriş etdiyimiz 6 şöbəsi olan və 40-dan
çox supermarketdə fəaliyyət göstərən Fresh Azcake şirkətinin təsisçisidir. O, 530
nəfər işçi heyəti ilə hər növ şirniyyatları hazırlayan bu şirkəti də daim
inkişafa doğru aparır.
Ətrafınızda gördüyünüz yüzlərlə markalar var ki, Turan Özbahceci onlara imza atmışdır.
İşlədiyi hər layihəni yüksək səviyyələrə
qaldırmaq, insanların özlərini təkmilləşdirməsi üçün şərait yaratmaq, zamanı
idarə etmək və situasiyaları nəzarət altında saxlamaq onu digərlərindən fərqləndirən
ən mühüm özəlliklərindəndir.
Turan
Özbahceci təkcə yaxşı rəhbər deyil, sözün əsl mənasında LİDERDİR.