Xəstəliklərdən qorunmaq və ya xəstələnmiş insanları müalicə etməkdə əczaçılıq sənayesinin rolu danılmazdır. Keçmişdən bugünə bu sənaye elmdəki yeniliklərin köməyi ilə öz inkişafını kifayət qədər sürətləndirməyə nail olsa da, yeni xəstəliklər meydana çıxır və daha effektiv dərman vasitələrinin kəşfinə və bilavasitə istifadəsinə ehtiyac yaranır.
Əhalinin artımı ilə daha çox apteklərə ehtiyac yaranması təbiidir. Çünki zəruri ehtiyac yaranan zaman lazımi dərmanların və ya tibbi vasitələrin daha tez tapılması insanlar üçün həyati əhəmiyyət daşıya bilər. Elə bu səbəbdən-əhalinin tələbatını daha yaxşı ödəmək məqsədilə, tezliklə Özbahçeci imzası ilə 100 mağazadan ibarət aptek şəbəkəsi layihəsini reallaşdıracağıq.