Hədəfimiz

Yerli supermarketlər şəbəkəsi A, B, C, D olaraq kodlaşdırılmış 4 əsas pərakəndəçinin əlində cəmləşir və dəyişən bazar trendləri göstərir ki, çox yaxın gələcəkdə mini marketlər ilə birlikdə sadəcə bu dörd pərakəndəçiyə məxsus supermarket şəbəkələri mövcud olmağa davam edəcək. Bu dəyişiklik pərakəndənin ayrılmaz hissəsi olan satınalma modelində də özünü göstərəcək.
Ənənəvi satınalma modelində distribyutorlar supermarketlər üçün körpü rolunu oynayır. Bu prosess kifayət qədər uzun və bahalıdır. Distributor şirkətləri fərqli ölkələrdəki fabriklərdən məhsulları aldıqdan sonra, öz anbarlarında depolayırlar və növbəti etapda supermarketlərə dağıtım edirlər. Nəticə etibarilə, supermarketlər məhsulları %30 əlavə ödəniş etməklə əldə edirlər.


Bu necə baş verir?

A, B, C, D supermarketlərinin fərqli məhsullar üzrə sifarişləri var və onlar sifariş listlərini hazırlayaraq IMEX komandasına ötürürlər. Misal üçün, A şəbəkəsi 2 palet, B şəbəkəsi 3 palet, C şəbəkəsi 5 palet, D şəbəkəsi isə 7 palet pendir sifarişi istəyini bizə bildirir. Bizim komanda sifarişləri toplayaraq tırlaşdırır. IMEX rəqabətli qiymət təklif edən ölkə və firmanı müəyyənləşdirərək sifarişi hazırlayır.



Biz toplu sifarişi İzmirdə yerləşən X pendir fabrikinə veririk. X pendir fabriki sifarişləri hazırlayaraq bizim logistika anbarımıza göndərir.

Pendir sifarişi ilə birlikdə supermarketlər digər məhsul ehtiyaclarını da IMEX komandasına göndərə bilərlər. Misal üçün, pendir ilə birlikdə A şəbəkəsi 4 palet, B şəbəkəsi 2 palet, C şəbəkəsi 5 palet, D şəbəkəsi isə 8 palet zeytun sifarişi də edir. Eyni qaydada, sifarişlər bizim tərəfimizdən tırlara yüklənir.

Biz toplu şəkildə sifarişləri Manisada yerləşən Y zeytun fabrikinə veririk. Y zeytun fabriki sifarişləri hazırlayaraq bizim logistika mərkəzinə göndərir. 

Fabriklə bir-birinə yaxın olduğu zaman tırlar bizim tərəfimizdən birləşdirilir. Yəni, İzmirdən gələn pendir və Manisadan gələn zeytun birlikdə gətirilərək bizim logistika komandası tərəfindən gömrükləşir.


Növbəti mərhələdə isə sifariş verən marketlərə məhsul çatdırılması edilən zaman, pendir və zeytun birlikdə çatdırılır. 

Nəticə

Məhsul bölgüsünün bu formada icrası ekonomik olur. Bizim distributor şirkətləri kimi anbar, stok, fəhlə və digər ehtiyaclarımız olmadığı üçün məhsul qiymətlərinə 30% marja qoymuruq. Biz firmalardan birbaşa supermarketlərə çatdırılma prosesini icra edirik.
Məhsulların dünya üzərindəki firmalardan alınıb supermarketlərə birbaşa çatdırılma prosesini reallaşdırmaq üçün IMEX şirkətinin razılaşdığı logistika şirkəti həm məhsulların gömrükləşdirmə işini, həm də supermarketlərə dağıtım işini reallaşdırır. Supermarketin seçimindən asılı olaraq, məhsullar ya market-market, ya da depolara bölüşdürülə bilər. Logistika, gömrükləşmə və bölgünün bir şirkət tərəfindən reallaşdırılması bizim üçün həm zaman, həm də maddi baxımdan üstünlük qazandırmış olur. 

Bu modeldə biz maksimum %3 və ya %5 bir xərc ilə supermarketlərə %25 daha ucuza başa gələn məhsul təmin edirik. Beləliklə, supermarket məhsulu %10 daha ucuza sataraq, həm müştərilərinə 10% endirim təmin etmiş olur, həm də %15 marjasını artıraraq daha çox yatırım etmə imkanı əldə edir.


Layihənin Detalları
  • Ad IMEX Trading
  • Başlama Vaxtı 2019
  • Bitmə Vaxtı