"Üşenme,erteleme,vazgeçme"

Turan Özbahceci
Bioqrafiya

 Turan Özbahceci 1970-ci il 28 mart tarixində Şanlıurfa şəhərinin Siverek bölgəsində doğulmuşdur. O, Siverek peşə məktəbini bitirdikdən sonra ali təhsilini On Dokuz Mayıs Universitetində Fizika fakültəsi və Yıldız Teknik Universitetində Elektrik mühəndisliyi üzrə bitirmişdir.

Ticarət həyatına 1990-cı ilin yazında İstanbulda Kumburqazda 18 kvm-lik mini marketlə başlamış və 3 il burada market işlətməklə yanaşı digər kiçik işlərlə də məşğul olmuş, həm də təhsilini davam etdirmişdir. 1994-cü ildə Ardaş Limited şirkətini yaratmış, bu şirkət onun illərlə davam edən ticarət həyatında baza rolunu oynamışdır. Həmçinin pərakəndə ticarətlə yanaşı topdan satış mağazalarını da açır. 1994-cü ildə mini marketlə başlayan bu ticarət həyatı 1999-cu il 14 avqust tarixində Arnavutköydə Ardaş adlı ilk supermarketin açılması ilə davam edir. Keyfiyyətli məhsulları, geniş çeşidləri ilə bütün gəlir təbəqələrindən olan insanları nəzərə alaraq, apardığı qiymət strategiyası ilə 2001-ci ildə Büyükçekmece, 2002-ci ildə Tekirdağ şöbələrini və Lüleburqazdakı ikinci şöbəsini açdı. 2012-ci ilə qədər 52 supermarket açmışdı və Trakya bölgəsinin 1 nömrəli market zənciri olaraq hədəfinə çatmışdı.

2008-ci ildən 2012-ci ilə qədər Saff və Neffis markaları ilə yüzlərlə məhsulun çıxarılmasını,  Çaykur, Tmo, Trakya kimi böyük şirkətlərlə böyük layihələrin həyata keçirilməsinə nail olmuşdur.

2008-ci ilə qədər yalnız market işi ilə məşğul olmuş, bu ildən sonra isə digər sahələrə də yönəlmişdir. Lcd ekranlı, kameralı traxtor işində-Çinin ən yaxşı şirkəti ilə iş ortaqlığı, Bolqarıstanda kağız fabriki ilə iş ortaqlığı, mehmanxana, meyvə-tərəvəz kompleksi, alışveriş.com adlı internet saytı kimi 9 fərqli sahəyə yönəlmişdir.

2012-ci ildə mehmanxana, inşaat, supermarketlər şəbəkəsi, qız yurdu və daha bir neçə sahəni özündə birləşdirən ARN Holdingin İdarə Heyətinin Sədri olaraq supermarketlər şəbəkəsini satmağa qərar verir və 19 marketinin Ingiltərənin ən güclü pərakəndə qrupu olan Tesco-Kipaya satışını həyata keçirir. Qalan mağazalarını yerli zəncirlərə təhvil verir.

Bugün hamımızın yaxşı tanıdığı Araz (Ardaş Azərbaycan) supermarketlər şəbəkəsinin 2011-ci ilin may ayında ilk Azadlıq filialını, iyun ayında Qaraçuxur filialını, iyul ayında Neftçilər filialını, daha sonra Olimpik Star və Elmlər filialını açaraq həm o şirkətin təsisçisi, həm də Ceo-su olaraq fəaliyyət göstərmişdir. 2012-ci ildə 2 mağaza, 2013-cü ildə 14 mağaza açılışını reallaşdırır, burada daimi alıcı kütləsini formalaşdırmaq üçün Araz müştəri kartını yaradır.

2014-cü ildə 4 Mağaza ilə təhvil aldığı Rahat Maketlər Şəbəkəsini 2 ilə qədər qısa bir vaxt içərisində 28 Supermarketə çatdırdı.

2014-2015-ci illərdə Rahat Spermarketlər şəbəkəsi ilə yanaşı Neptun supermarketində də Ceo olaraq çalışmışdır. Burada aşağıdakı işləri görmüşdür:

               - Zəncirin mərkəzi quruluşunun qurulması, təşkilati və alt quruluşunun yaradılması;

               - Tək mərkəzdən idarə olunan Logistik sistemin yaradılması;

               - Əlaqədar digər şöbələrin (insan resurslar, audit və s.) yaradılması;

               - Bütün vahidlərin proqramsal alt quruluş ilə təqibinin aparılması;

               - Bazar analizi və gələcəyə istiqamətli plan və proqramların hazırlanması.

Eyni zamanda 2 rəqib şirkətin Ceo-su vəzifəsində çalışsa da hər bir şirkətə uyğun strategiya quraraq 2 şirkətlə də böyük uğurlara imza atdı.

Digər böyük layihələrindən biri isə Azərbaycanın ilk və tək VİP mağazası olan Port Baku Bazar layihəsidir. Port Baku Mallda bir ildən çox müddətə bağlı qalmasına və bir çox problemlərinin olmasına baxmayaraq, 3 ay kimi qısa müddətdə 40 ölkədən fərqli və geniş çeşiddə, keyfiyyətli məhsullar gətirilməsinə nail olaraq, 2015-ci il sentyabrın 18-də Port Baku Bazarın açılışını reallaşdırmışdır.

2015-ci ildə 12 şirkətin bir mərkəzdən idarə olunması üçün mərkəzi Dubayda Yerləşən TAAC DMCC şirkətinin qurucu ortağı olmuşdur.

Bu gün hamımızın yaxşı tanıdığı və daim alış-veriş etdiyimiz 6 şöbəsi olan və 40-dan çox supermarketdə fəaliyyət göstərən Fresh Azcake şirkətinin təsisçisidir. O, 530 nəfər işçi heyəti ilə hər növ şirniyyatları hazırlayan bu şirkəti də daim inkişafa doğru aparır.

Ətrafınızda gördüyünüz yüzlərlə markalar var ki, Turan Özbahceci onlara imza atmışdır.

 İşlədiyi hər layihəni yüksək səviyyələrə qaldırmaq, insanların özlərini təkmilləşdirməsi üçün şərait yaratmaq, zamanı idarə etmək və situasiyaları nəzarət altında saxlamaq onu digərlərindən fərqləndirən ən mühüm özəlliklərindəndir.

Turan Özbahceci təkcə yaxşı rəhbər deyil, sözün əsl mənasında LİDERDİR.