Hər dövrdə olduğu kimi, hazırki dövrdə də xanımlar gözəl, təravətli və eyni zamanda sağlam görünmək arzusundadırlar. Onlar bunun üçün müxtəlif reseptləri yoxlayır, kosmetik və şəxsi baxım üçün vasitələrdən istifadə edir, lakin özlərinə həm keyfiyyət, həm də qiymət cəhətdən uyğun məhsul tapmaqda çətinlik çəkirlər.
Elə bu səbəbdən, digər ölkələrdə çox geniş yayılmış, lakin Azərbaycanda yeni bir konsept olaraq yaradılan “Caremood” kosmetik mağazalar şəbəkəsi geniş çeşiddə təklif etdiyi kosmetik və şəxsi baxım üçün qulluq vasitələrini vahid məkanda alıcılara təqdim edərək onların işini xeyli asanlaşdırır. Qısa vaxt ərzində xanımların sevimli mağazasına və gözəllik barədə bələdçisinə çevriləcək bu mağazalar şəbəkəsində müxtəlif məşhur brendlərin parfumeriya, dəri və saç qulluğu, sağlamlıq, makiyaj vasitələri ilə yanaşı ana və uşaq, ev və yaşam kateqoriyalarında da məhsullar mövcud olacaq.
Özbahçeci
imzası ilə yaradılan «Caremood» şirkəti kosmetika və baxım mağazalar şəbəkəsi
olaraq müştərilərə daha uyğun qiymətlərlə keyfiyyətli məhsullar təqdim etməyi
öz öhdəsinə götürür. İlk filialı 04 Sentyabr 2020-ci il tarixində
İnşaatçılar-Abbas Mirzə Şərifzadə ünvanında açılan şirkətin tezliklə 28 May və
Nərimanovda da filiallarının fəaliyyətə başlaması planlaşdırılır.