Turan Özbahceci, 2011-ci ildə Ardaş Azərbaycan (ARAZ) adı ilə Azərbaycanın
Bakı şəhərində Veysəloğlu Holding ilə ilk supermarketlər şəbəkəsinin
quruculuğunu etmişdir. “Siz harada,
“Araz” orada” sloqanı ilə 2011-ci ilin may ayında ilk Azadlıq filialını, iyun
ayında Qaraçuxur filialını, iyul ayında Neftçilər filialını, daha sonra Olimpik
Star və Elmlər filialını açaraq həm o şirkətin təsisçilərindən biri olaraq, həm
də Ceo-su olaraq fəaliyyət göstərmişdir. 2012-ci ildə 2 mağaza, 2013-cü ildə 14
mağaza açılışını reallaşdırmış və burada daimi alıcı kütləsini formalaşdırmaq
üçün Araz müştəri kartını yaratmışdır.Toplamda 21 mağaza ilə 3 ildə bazarın ən əhəmiyyətli
zənciri olan Araz Supermarketlər Şəbəkəsi 2014-ci ildə hədəflənən mövqeyə
çatdırıldı və qurulan həmin baza üzərində bugün Azərbaycanın supermarket
sektorunda 100-dən artıq filialı ilə müştərilərinə xidmət göstərir. Turan
Özbahceci quruculuğunu etdiyi bu layihənin effektivliyindən və uğurlarından qürur
duyur.