23 İyul 2020-ci il tarixində Hoffman Co şirkətinin təşkilatçılığı ilə maraqlı vebinar keçirilmişdir. "Liderlik & Başarısızlığı Başarıya Döndürme Döngüsü & Markalaşma" mövzusunda olan təlimi ilə Turan Özbahceci biznes sahəsində 30 ildən çox olan təcrübəsini iştirakçılarla bölüşmüş və bu vebinarda bir çox maraqlı təkliflər olmuşdur. Yeni yaradılan və tezliklə açılışı olacaq, Turan bəyin də qurucu ortağı olduğu Caremood kosmetik mağazalar şəbəkəsi üçün iştirakçılar tərəfindən sloqan təklifləri verilmiş, həmçinin bir çox gənclər yaradıcı layihə təklifləri ilə müraciət etmişlər. Vebinarı izləmək üçün qeyd olunan linkə keçid edə bilərsiniz:


xaux72zQ9NA