Turan Özbahçeci layihəsi olan “IMEX Trading” şirkətinin vasitəçiliyi ilə növbəti dəfə Azərbaycan məhsulları Qazaxıstana ixrac edilməyə başlayıb.Belə ki “ABAD” publik hüquqi şəxs tərəfindən dəstək alan sahibkarların istehsal etdiyi təbii qida məhsulları məhz “IMEX Trading” vasitəsi ilə reallaşdırılıb.

İlk öncə məhsullar Qazaxıstanın Aktau şəhərində “Grandmart” supermarketlər şəbəkəsinin cari ilin aprel ayında açılmış filialında təqdim olunmağa başlayıb.Aktauda fəaliyyət göstərən yeni filialda “ABAD”dan dəstək alan sahibkarların hazırladığı müxtəlif mürəbbələr - badımcan, qarpız, heyva, qoz, zoğal mürəbbələri, badımcan kürüsü, tərəvəz konservləri, küncüt yağı və kokos unu, “Xəmsə” çayları, “Narlı” sousları, qarabaşaq və düyü unları kimi məhsullar təqdim olunur.

Yaxın zamanda digər “ABAD”çı-sahibkarların da məhsullarının məhz “IMEX Trading” şirkəti tərəfindən ixracı gözlənilir.Qeyd edək ki, “IMEX Trading” şirkəti 2020-ci ildə “Özbahçeci” tərəfindən yaradılıb və yerli məhsulları Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı və həmçinin xarici məhsullarında Azərbaycana idxalı ilə məşğuldur.