Qarabağın “Kiçik Parisi” adlandırılan Şuşa şəhəri 8 noyabr 2020-ci il tarixində Prezident, Ali Baş komandan İlham Əliyevin başçılığı və şanlı ordumuzun qətiyyətli mübarizəsi ilə düşmən tapdağından azad edildi. Qarabağda o cümlədən Şuşada sosial iqtisadi həyatın yenidən bərpa olunması istiqamətində bir çox addımlar atılır və quruculuq işləri həyata keçirilir.
Şuşada “Bolmart” marketin filialının açılmasının birbaşa təşəbbüskarları son 10 ildə pərakəndə sektoruna yeniliklər gətirən və bu sahəni inkişaf etdirən, o cümlədən ölkə sərhədlərini aşan ilk supermarket layihəsinin də rəhbərliyini həyata keçirən Turan Özbahceci və Eşqin İsmailli olub. 2021-ci ildə 21-ci filialı ilə “Bolmart” market Şuşa şəhərində fəaliyyət göstərəcək. Yalnız Şuşada deyil, Qarabağın digər ərazilərində, o cümlədən Hadrutda da “Bolmart”ın növbəti filialının açılışı planlaşdırılır.
“Süfrəniz bol olsun” sloqanı ilə fəaliyyət göstərən “Bolmart” marketlər şəbəkəsinin əsas məqsədi Azərbaycanın, eləcə də Qarabağın hər bir nöqtəsində vətəndaşların yüksək xidmət və üstün keyfiyyətlə qeydinə qalmaqdır.