2 Sentyabr 2020-ci il tarixində Özbahçeci şirkətinin təşkilatçılığı ilə “Biznesdə Risk və Stressin idarə Edilməsi” mövzusunda təlim keçirilmişdir.
Turan Özbahçeci təlimdə təcrübəçilərə biznes mühitində hansı risklərlə qarşılaşa biləcəkləri, risklərin qiymətləndirilməsi prinsipləri, onların qarşısının alınması və ya mənfi təsirlərinin azaldılması üsulları barədə geniş məlumat verib. O bildirib ki, ilk baxışdan düşündüyümüzün əksinə olaraq hər hansı bir layihənin həyata keçirilməsi zamanı yaranan risklərin həll olunması biznesin inkişafında böyük ölçüdə fayda gətirə bilər, burada vacib nüans isə həmin mühitdə meydana çıxan risklərin düzgün idarə olunmasıdır. İştirakçılar həm nəzəri, həm praktiki nümunələrlə biznesdə risklərin qaçınılmaz olduğunu, lakin onların düzgün analizinin biznesin səmərəliliyini artırmaqda əhəmiyyətli dərəcədə mühüm olduğunu anlayıblar.