12 avqust 2022-ci il tarixində ölkəmizin ən məşhur supermarketlər şəbəkəsindən biri olan “Bizim Market”lər şəbəkəsi və “Novas Home” qeyri-qida mağazaları müştərilərə xidmət səviyyəsinin daha da artırılması məqsədi ilə “Bolmart”, “Grandmart” və “Megastore” supermarketlər şəbəkələri ilə gələcək fəaliyyətlərini birgə davam etdirmək qərarı alıblar.

“Bizim Market”lər şəbəkəsinin gələcək fəaliyyətinin inkişafı və idarə edilməsi bu sahədə qabaqcıl təcrübələrə malik olan Turan Özbahçeci və Eşqin İsmayıllıya həvalə edilib.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Eşqin İsmayıllı və Turan Özbahçecinin rəhbərliyi altında mövcud mağaza sayı 96 və fəaliyyət göstərən əməkdaş sayı isə 5000 nəfərə çatıb.

Yeni iş ortaqlığı ilə daxili bazarda pərakəndə satış üzrə önəmli yeniliklərə imza atılacağına və “Bizim Market”lər şəbəkəsi ilə birlikdə “NOVAS Home” qeyri-qida markasının bu sahədə dəyərinin daha da artacağına inanırıq