Daha bir "Ezber Bozma" layihəsi həyata keçiririk. Birincisi Dubay və Dohada olmaq üzərə "Azerbaijan Trade House" açırıq. Burada məqsədimiz Azərbaycanda istehsal olunan bütün məhsulları birbaşa müştəriyə çatdırmaqdır. Bu, supermarket, sərgi salonu, iclas zalında isə qeyri-ərzaq məhsulları olan bütün fabriklərin məhsullarının sərgisi, tanıtımı və təqdimatı olacaq. Bu məqsədə sentyabrın 23-də açılışı planlaşdırırıq. Bu layihə uğurlu olarsa, 50 ölkədə eyni konsepsiyada 50 süpermarket açmağı planlaşdırırıq.