Fresh AzCake şirkəti 2014-cı il 20 dekabrda təsis edilmişdir. Bu tarixdə 5 filial təhvil almaqla şirkətin əsası qoyuldu. Turan Özbahcecinin fəaliyyəti nəticəsində Fresh Azcakedə çoxşaxəli tempdə inkişafa başlanılıb. Başlanğıcda standartlara uyğun istehsalat fabrikinin qurulmasına start verildi. Bu zaman, Həyat un məmulatlarını öz sıralarına qatan AzCake MMC ilk dəfə olaraq kafe butik sisteminə keçid etdi. Nəticədə 4 filialın eyni gündə açılışı həyata keçirildi. İstehsalat fabriki 2015-ci ilin iyul ayı fəaliyyətə başladı. Bundan sonra böyük uğurları gözə alan AzCake ailəsi filial sayını durmadan artırmağa davam etdi. Bununla da kənar satış sistemi quruldu. Turan Özbahceinin səyləri nəticəsində Rahat, A Plus, Megastore və Sarı , Fresco, Səbət, Avromart, Grandmart marketlər şəbəkəsinin daxili, ümumi istehsalat və satış nöqtləri AzCake MMC-yə verildi. Filial sayı 32-yə yüksəldi. Çox keçməmiş 8-ci km filialının açılışı oldu. Ardınca Premium market və Panda Market sıralarımıza qatıldı. Hal-hazırda Azcake MMC 70-dən çox satış nöqtələri ilə fəaliyyətini davam etdirir.

Layihənin Detalları
  • Ad AzCake
  • Başlama Vaxtı 20-12-2014
  • Bitmə Vaxtı Davam edir