Başlıca məqsədi pərakəndə satış sektorunda
rəqabətə davamlı mühit yaranmasını təmin edəcək qanuni tənzimləmələrdə iştirak
edərək və təcrübə mübadiləsi edərək yaradılan sinerji effekti ilə pərakəndə
ticarətçilərini davamlı inkişaf etdirmək olan PERDER İstanbul sektorda
fəaliyyət göstərən şirkətlər arasında harmoniya, inam və əməkdaşlığı təmin
etməyi, sektorla əlaqəli hüquqi araşdırmalara öz töhfəsini verməyi, onlara
düzgün istiqamət verərək sosial-iqtisadi, təhsil və mədəniyyət səviyyələrini
yaxşılaşdırmağı hədəfləyir. Eyni zamanda, pərakəndə sektorunda fəaliyyət
göstərən iş adamlarının qanunvericilik çərçivəsində ortaq iqtisadi, sosial hüquqlarını
və digər mənafelərini qorumağa və inkişaf etdirməyə, üzvlər arasında qarşılıqlı
köməkliyi stimullaşdıraraq onların səmərəli və mütəşəkkil biznes qurmasına
şərait yaratmağa çalışır.
Özbahçeci İstanbul PERDER Prezidenti
olaraq çalışmış və Türkiyədəki yerli pərakəndə zəncirlərinin böyüməsində önəmli
rol oynamışdır.