- İş performansınızı yaxşılaşdırmaq üçün istənilən növ məsləhətə açıq olun. İstənilən dialoqa açıq olun və bu dialoqlar sizi inanılmaz bir yerə aparacaq. Müvəffəqiyyətin sirri olaraq, hər hansı bir mövzunu hər kəslə müzakirə edəcək qədər güclü olun. Güclü insanlar dinləyə bilər, güclü insanlar tənqidi qəbul edə bilər, güclü insanlar deyə bilər ki, gəl məni tənqid et. - Biz tənqidi qəbul edə bilmiriksə, qarşı tərəfdəki insanları dinləyə bilmiriksə, itirməyə məhkumuq. Çünki eqomuz həqiqətən hərşeyi bildiyimiz və hərşeyin ən yaxşısını etdiyimiz məntiqiylə bizi səhvlər etməyə məcbur edir. - Bütün dostlardan, qapıdakı gözətçidən, girişdəki katibədən, sizə çay gətirən çayçıdan, təmizlik işləri aparan xanımdan, bir sözlə, hamı ilə dialoq qurmağa çalışın. Bu dialoqlar sizi inanılmaz bir yerə aparacaq, əziz dostlar. Xoş izləmələr.