Üstün xidməti və münasib qiymətləri ilə seçilən Megastore marketlər şəbəkəsi növbəti filialının açılışını Quba şəhərində həyata keçirdi. 15 iyun – Qurtuluş günündə açılışı gerçəkləşən filialda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və o cümlədən şəhər rəhbərliyi də iştirak etmişdir. İcra başçısı çıxışı zamanı bu günü rayonda ilin iqtisadi hadisəsi kimi qiymətləndirmiş və şirkət rəhbərliyinə öz təşəkkürünü bildirmişdir. 5000 kvadrat metrlik ərazidə yerləşən və 50 mindən çox çeşiddə məhsul satışı həyata keçiriləcək Megastore Quba filialında həmçinin 250-dən çox yerli sakin işlə təmin olunmuşdur ki, bu da rayonda məşğulluğun təmin olunmasına öz töhfəsini verməkdədir.

Həmçinin açılış tədbiri zamanı şirkət rəhbərləri, pərakəndə sektorunda əsas liderlərdən Eşqin İsmailli və Turan Özbahceci də ictimaiyyət qarşısında çıxış edərək onlara filial barədə və eyni zamanda növbəti layihələr haqqında məlumat vermişlər. 

Qeyd edək ki, “Megastore Quba” filialı “Grandmart”, “Bolmart”, “Megastore” və “Baqqal” markalarını özündə birləşdirən supermarketlər şəbəkəsinin 80-ci filialı olaraq xidmətə başlayıb.