Azərbaycan
iqtisadiyyatının dünya bazarında gücünü artıracaq ilk Supermarket Şəbəkəsi
“GRANDMART”
Yaxın
zamanlarda “Grandmart” şəbəkəsi Qazaxıstanın Aktau şəhərində 3000 kv. metrlik
filialının açılışı olacaq.
“Grandmart” şəbəkəsinin
yaydığı məlumata əsasən, hazırda Azərbaycan iqtisadiyyatı neft və qeyri - neft
sektorunun balanslaşdırılmış nisbəti əsasında uğurla inkişaf edir. Bu amil öz
növbəsində ölkəmizin beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, regionun lideri
kimi geosiyasi mövqelərini də möhkəmləndirir.
Cənab
prezidentimiz İlham Əliyev ölkə iqtisadiyyatı üçün gözəl imkanlar yaradır, Azərbaycanı
iqtisadi cəhətdən qüdrətli dövlətə çevirir, beynəlxalq münasibətlərdəki
mövqeyini möhkəmləndirir, tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu siyasəti dəstəkləmək
və cənab prezidentimizin beynəlxalq münasibətlərdə möhkəmlənmə mövqeyinə töhfə
vermək məqsədilə yerli bazarda fəaliyyətini uğurla davam etdirən “Grandmart” şəbəkəsi
Azərbaycan məhsullarının xarici ölkə bazarlarında layiqincə təmsil olunması və
Azərbaycan brendinin qlobal markaya çevrilməsi yolunda ilk addımlarını atdı.
Belə ki, yaxın zamanlarda “Grandmart” şəbəkəsi Qazaxıstanın Aktau şəhərində
3000 kv. metrlik filialının açılışı ilə pərakəndə markalarının yalnız ölkə
daxilində deyil, ölkə sərhədlərindən kənarda da fəaliyyət göstərməsinə və Azərbaycan
adının tanınmasına stimul olacaqdır. Bu əlamətdar hadisə yalnız “Grandmart”
supermarketlər şəbəkəsinin deyil, ümumən Azərbaycan pərakəndə sahəsinin
uğurudur. Layihənin həyata keçirilməsində əvəzsiz rol oynayanlar isə
“Grandmart” şəbəkəsinin rəhbərləri Eşqin İsmayıllı və Turan Özbahcecidir.
Uzun illər ərzində
adları qeyd olunan iki şəxsin Azərbaycanın pərakəndə sahəsində ixtisaslaşmış şəbəkələrin
yaradılmasında və formalaşmasında əhəmiyyətli təsiri olub. Eşqin İsmayıllı –
“Megastore” supermarketlər şəbəkəsinin qurucusu, eyni zamanda B2B və B2C sahəsində
öncül layihələrdən sayılan “Bakumart Supply” şirkətinin təsisçisidir. Pərakəndə
sahəsinə gətirdiyi yenilikçi texnoloji həllərlə yanaşı uzun illərdir milli pərakəndə
bazarında -üstün xidmət- prinsipini əsas tutan Eşqin İsmayıllı birəbir müştəri
məmnuniyyəti və sistemli idarəetmə üslubu ilə pərakəndə sektoruna öz töhfəsini
verib.
Turan
Özbahceci – Türkiyəli iş adamı 2012-ci ildə Trakya bölgəsində olan 51 marketdən
21-nin İngiltərənin ən güclü pərakəndə qrupu olan “Tesco-Kipaya” satışını həyata
keçirib, 2011-ci ildən “Araz” supermarketlər şəbəkəsinin qurucu ortağı və
CEO-su olub, 2015-ci ildə isə Qafqazın ən böyük gurme və VİP mağazası olan Port
Baku Bazarın açılışını reallaşdırıb.
Pərakəndə
bazarının iki aparıcı lideri Eşqin İsmayıllı və Turan Özbahceci eyni layihədə
bir araya gələrək Azərbaycan pərakəndə bazarının inkişafı üçün “Grandmart”,
“Bolmart” və “Baqqal” layihələrində böyük uğurlara imza atıblar. “Bolmart” şəbəkəsi
üzrə yalnız Bakı şəhərində deyil, respublikanın bir çox regionlarında müştərilərin
tələbatlarının qarşılanması və bazarın yüksək səviyyədə təmin edilməsi ilə peşəkarlıq
səviyyəsini genişləndirməyə nail olub. Bundan başqa “Grandmart” şəbəkəsinin “Səbət”,
“Fresco”, “Avromart” marketlərini satınalması və həmin marketlərin rebrendinq
edilərək Bakı şəhəri üzrə 32 filialda üstün xidmət anlayışı ilə
“Grandmart” adı altında yenidən bazara təqdim edilməsi pərakəndə sektoruna yeni
nəfəs gətirib.
“Grandmart”
şəbəkəsinin Aktau şəhərində yeni filialının yaradılmasının ölkəmizin pərakəndə
sahəsi üzrə dünya bazarında tanınması yolunda ilk addım olacağına və cənab
prezidentimizin dəstəyi ilə bu uğurlu layihə kimi bir çox sahələrdə ölkə
iqtisadiyyatının daha geniş miqyasda inkişaf edəcəyinə əminik.